İctimai tv canli izle

 

İctimai tv canli izle

İçtimai tv Azərbaycan xalqına işıq olma məqsədiylə qurulmuşdur. Azərbaycan demokratikliğe acı keçid dövründə ölkədə mətbuat azadlığının gerçək təminatı üçün yaradılmışdır. Azərbaycan hökumətinin xalqı üçün kütləvi bir ünsiyyət vasitəsi qanunun lazımlı olduğu düşünülüb bu kanallar üçün lazımlı qanuni mühit təmin edilmişdir. Xalqda bu çətin zamanlarda ictimai bir televiziya qurulmasına dəstək çıxdı. 2004 Noyabr ayında nəşr həyatına rəsmi olaraq başlamıştır. Bugün dünyanın bir çox ölkəsində ictimai televiziya yayımına reallaşdırır.

Bu gün dünyanın bir çox ölkələri İctimai tv yayımını həyata keçirir. Özünü demokratik ölkə kimi təqdim edən bəzi dövlətlərin isə adı bu siyahıda yoxdur. Amma Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən heç 15 il keçməmiş belə bir demokratik institutun da yaradılmasına imza atmaqla, cəmiyyətdə söz və mətbuat azadlığına, plüralizmin təşəkkülünə geniş yer verildiyini ortaya qoydu.
İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə güvənməklə, porblemsiz yaradılıb, özü də klassik formada–dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.

Azərbaycan bu qanunu 2004-cü ilin sentyabrında qəbul edib. İkincisi, istənilən ictimai yayıma cəmiyyət müvafiq kollegial orqanlar vasitəsilə nəzarət edir.

Azərbaycan cəmiyyətinin İctimai Televiziyaya belə nəzarət mexanizmi “İctimai Televiziya və Radio Yayımları haqqında” Azərbaycan respublikasının qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası,

Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla ciddi müzakirədən sonra Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir.

Yayım Şurasının üzvləri müxtəlif ictimai təşkilatları, cəmiyyətin fərqli təbəqələrini təmsil edirlər. Nəticədə ölkədə ictimai yayıma cəmiyyətin nəzarəti maksimum təmin edilir. Nəzərə alsaq ki, Yayım Şurasının üzvləri rotasiya olunur, təmsilçilik sırasına yeni ictimai təşkilatların nümayəndələri də cəlb edilir, onda ölkənin yayım siyasətinin şəffaflığı və demokratikliyi barədə təsəvvür daha da dolğunlaşar.

Dünyada ictimai yayımla məşğul olan teleradio şirkətlərinin maliyyələşdirilməsi vacib şərtlərdəndir. Maliyyələşmə məsələsi də qanunla tənzimlənir və kanalın hər hansı kommersiya maraqlarına tabe edilməsinin qarşısı alınır. Azərbaycan qanunvericiliyi İctimai Televiziyanın maliyyə məsələsini də tamamilə şəffaf tənzimləyir.

Nəhayət, dördüncü prinsip – ictimai yayım şirkətinin məzmunu, onun proqram siyasəti obyektiv, tərəfsiz və qərəzsiz informasiyaya əsaslanmalı, geniş əhali kütləsinin maraqlarını təmin etməyə istiqamətlənməlidir.

İctimai ( İctimai tv canli izle ) yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.

Bu, qanunvericiliyin tələbidir.

İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca dörd prinsipini rəhbər tutaraq fəaliyyət göstərir.

Elə buna görə də İctimai televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – İctimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür. Bunu dünya klassik ictimai yayım praktikası və ənənəsi tələb edir, bunu

Azərbaycan qanunvericiliyi tələb edir, bunu Azərbaycan tamaşaçısı, Azərbaycan xalqı tələb edir.

Azərbaycan qanunvericiliyinə görə İctimai yayım xidmətinin əsas prinsiplərindən biri informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyüdür. İctimai televiziya bu prinsiplə işləyir.

ictimai tv canli tv, ictimai tv canli bax, ictimai canli tv bax, ictimai canli tv izle, ictimai tv hd izle, ictimai tv canli hd bax, ictimai tv canli hd yayin, ictimai azerbaycan tv